Leopard 2 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1979- davam |
İstismara başlanması | 1979 |
İstifadə edilən döyüşlər | Kosovo müharibəsi(1998-1999), Əfqanıstan müharibəsi (2001-günümüz) |
İstehsal tarixçəsi | |
Konstruktor | Kraus-Maffei Wegmann |
Konstruksiya tarixi | 1979- davam |
İstehsalçı |
Krauss-Maffei Wegmann Maschinenbau Kiel |
Xüsusiyyətləri | |
Ağırlığı | 62,3 ton |
Şose sürəti |
72 km/saat geriyə 31 km/saat |
Güc nisbəti | 1500 at gücü. |
Əsas silah | 120-mm Rheinmetall Rh-120 (42) |
Köməkçi silah | 2 ədəd 7.62-mm MG3A1 (4750) |
Uzunluğu | 9997 mm (lülə ilə birlikdə) |
Eni | 3750 mm |
Hündürlüyü | 2790 mm |
Ekipaj | 4 nəfər (komandir, sürücü, topçu, yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur.
Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.